Reklam verin!

Bir zamanlar "Dərnəyi yox, ussuz kafir" deyərdik...

Fərhad Fərhadlı

AMEA Folklor İnstitutu

Çox geniş bir coğrafiyaya yayılmış türk etnosları müxtəlif dinləri qəbul etsələr də əski çağlardakı inanclarından da üzülüşməmişlər. Həyatlarının və yaşamlarının müxtəlif sahələrində Gök Tanrı inancı öz izlərini buraxmışdır. Onun mərasimi tərəfləri aradan çıxsa da folklorumuzda və etnoqrafiyamızda donuq şəkildə yaşayaraq günümüzədək gəlib çatmışdır. Mifoloji mətnlərdə, arxaik eposlarımızda, inamlarımızda bu inancın qalıntıları var. Günümüzə gəlib çatan abidələri incələdikdə, hətta bu gün toxunan xalılarımıza diqqətlə göz yetirdikdə əski türk inanışlarının işarələrinin, simvollarının orada ifadə olunduğunu görərik. Günümüzdə əski türk inanışlarının daha qüvvətli olduğu və qismən canlılığını saxladığı məkan isə pirlərdir. Öncə də qeyd etdiyimiz kimi, çox geniş sahəyə səpələnmiş türk etnosları müxtəlif dinlərin mənsubları olmuşlar. Çinlilərlə qonşuluqda yaşayan türklər manixeyizm, lamaizm kimi dinləri qəbul etmişlər. Tarixin sonrakı dönəmlərində xəzər türkləri tərəfindən musəvilik qəbul edilmiş və Xəzər xaqanlığının rəsmi dövlət dini olmuşdur. Xristianlığın gəlişindən sonra da bir sıra türk etnosları bu dini qəbul etmişlər. Qaqauzlar, çuvaşlar, bəzi tatar qövmləri bu gün də bu dinin daşıyıcılarıdır. Daha sonralar isə türk etnoslarının böyük qismi İslamı seçmişlər və bu gün də bu dini yaşamaqdadırlar. Təbii ki, bu dinlərin hər biri türk etnoslarının inanclarında öz izlərini buraxmışdır.

Davamı...

Açar sözlər:

Yazar: Fərhad Fərhadlı | Tarix: May 3, 2008 18:23 | Etnografiya | Şərhlər(0) | Baxış sayı: 154

  Yazılar cəmi: 1