“KOZIKÖRPƏÇ VƏ BAYANSILU” DASTANININ TƏRCÜMƏSİ - Davamı...
29. Kozıkörpəç ağ-boz atına sıçrayıb sığırçı qulun yanına getdi, çatıb salam verdi. Sığırçı qul: "Oğlan hardan gəlirsən?" - dedi. Kozıkörpəç: "Mən Qara xanın qızı Bayansılunu axtarıram, o uzaqdadırmı?" - dedi. Sığırçı qoca söylədi: "Əgər Qara xanın xalqını axtarırsansa qabaqda çobana rastlayacaqsan, onda Bayansılunun qoyunları var" - dedi.
Davamı...
Açar sözlər:
Fərhad FƏRHADLI
AMEA Folklor İnstitutu
“KOZIKÖRPƏÇ VƏ BAYANSILU” DASTANININ TƏRCÜMƏSİ
Sibir tatarlari barədə bir neçə söz

Sibir tatarları, əsasən, Rusiya Federasiyasının indiki Tümen, Omsk, Novosibirsk, Tomsk vilayətlərinin kənd rayonlarında və eləcə də Qərbi Sibirin Tümen, Tobolsk, Omsk, Novosibirsk, Tomsk, Tar, Barabinsk şəhərlərində yaşayırlar. Rusiya əhalisinin 1897-ci il siyahıya alınmasında onların ümumi sayı 46 min nəfərdən artıq göstərilir. SSRİ əhalisinin 1926-cı il siyahıya alınmasında isə Sibir tatarlarının sayının 70 min nəfərdən çox olduğu bildirilir (5).
Davamı...Açar sözlər:
"Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə
Davamı...Açar sözlər:
CEYHUN ŞAKİROĞLU
MİLLƏTİM
Bax bu xalqın baharına,yazına,
Bax bu xalqın qışa dönmüş yazına,
Neçə ildir kədər düşüb payına,
Min bir dərdə dözüb mənim millətim.
Davamı...
Açar sözlər:
Fərhad Fərhadlı
AMEA Folklor İnstitutu
Çox geniş bir coğrafiyaya yayılmış türk etnosları müxtəlif dinləri qəbul etsələr də əski çağlardakı inanclarından da üzülüşməmişlər. Həyatlarının və yaşamlarının müxtəlif sahələrində Gök Tanrı inancı öz izlərini buraxmışdır. Onun mərasimi tərəfləri aradan çıxsa da folklorumuzda və etnoqrafiyamızda donuq şəkildə yaşayaraq günümüzədək gəlib çatmışdır. Mifoloji mətnlərdə, arxaik eposlarımızda, inamlarımızda bu inancın qalıntıları var. Günümüzə gəlib çatan abidələri incələdikdə, hətta bu gün toxunan xalılarımıza diqqətlə göz yetirdikdə əski türk inanışlarının işarələrinin, simvollarının orada ifadə olunduğunu görərik. Günümüzdə əski türk inanışlarının daha qüvvətli olduğu və qismən canlılığını saxladığı məkan isə pirlərdir. Öncə də qeyd etdiyimiz kimi, çox geniş sahəyə səpələnmiş türk etnosları müxtəlif dinlərin mənsubları olmuşlar. Çinlilərlə qonşuluqda yaşayan türklər manixeyizm, lamaizm kimi dinləri qəbul etmişlər. Tarixin sonrakı dönəmlərində xəzər türkləri tərəfindən musəvilik qəbul edilmiş və Xəzər xaqanlığının rəsmi dövlət dini olmuşdur. Xristianlığın gəlişindən sonra da bir sıra türk etnosları bu dini qəbul etmişlər. Qaqauzlar, çuvaşlar, bəzi tatar qövmləri bu gün də bu dinin daşıyıcılarıdır. Daha sonralar isə türk etnoslarının böyük qismi İslamı seçmişlər və bu gün də bu dini yaşamaqdadırlar. Təbii ki, bu dinlərin hər biri türk etnoslarının inanclarında öz izlərini buraxmışdır.
Davamı...Açar sözlər:
